“Bank Technique”in Yasamal filialı yeni ünvanda! | Banco.az

“Bank Technique”in Yasamal filialı yeni ünvanda!

“Bank Technique” ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, Yasamal filialının da yerini dəyişib. Belə ki, Bankın Yasamal filialı, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanından, 547-ci məhəllə, İnşaatçılar prospekti 3 ünvanında yeni konsepsiya ilə təmir olunan binaya köçüb. Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İyul ayı ərzində, Bankın Proqress filialının da ünvanı dəyişilərək, Nəsimi rayonu, Ak. Mir-Qasımov küçəsi 10/18 ünvanından, Azadlıq prospekti 87 ünvanına köçmüşdü. Eyni zamanda, bu ay “Bank Technique” üçün daha bir filialının - Səbail rayonu, Nizami küçəsi 68 ünvanında yerləşən “Mərkəz” filialının açılması ilə də əlamətdar olub.

Qeyd edək ki, hazırda Bankın Bakı şəhəri və regionlarda, 32 filial və 6 şöbəsi fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et