“Bank Technique”in paytaxtda 5 yeni şöbəsi fəaliyyətə başladı | Banco.az

“Bank Technique”in paytaxtda 5 yeni şöbəsi fəaliyyətə başladı

“Bank Technqiue” ASC-nin, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində beş yeni şöbəsi fəaliyyətə başlayıb.

Bakının ayrı-ayrı yerlərində yerləşən yeni şöbələr, yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətini asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.

Yeni açılmış şöbələrinin ünvanları aşağıdakı kimidir:

“Sabunçu” şöbəsi – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küç., 10.

“Xətai” şöbəsi – Xətai rayonu, Sarayevo küç., ev 11, mən., 74.

Ən sərfəli kredit üçün müraciət et

“Qələbə” şöbəsi – Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 26a.

“Qara Qarayev” şöbəsi – Nizami rayonu, A.Manafov küç., 16.

“Əzizbəyov” şöbəsi – Nizami rayonu, M.Gəncəvi küç., 9.

Qeyd olunan xidmət nöqtələrinin açılışından sonra, Bankın şöbələrinin sayı 13-ə çatdırılıb. Ümumilikdə isə Bankın xidmət şəbəkəsi 32 filial və 13 şöbəni əhatə edir.

Yeni xidmət nöqtələrini www.banktechnique.az saytındakı Bankın filialları və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta, buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.