“Bank Technique” ASC 2013-cü ilin nəticələrinə görə, 3,737 mln. manat həcmində gəlir əldə edib. Bankın aktivləri il ərzində 24,6% artaraq, 521,610 mln. manat təşkil edib.
Ötən il ərzində fiziki şəxslərin müddətli depozit portfeli öz artım dinamikası ilə fərqlənərək, 74,2% artıb və 200,234 mln. manata çatdırılıb.
Hesabat dövründə, faiz və qeyri faiz gəlirləri 49,1% artaraq, 43,762 mln. manat olub. Bank tərəfindən cəlb olunmuş resursların optimallaşdırılması sayəsində faiz xərcləri 13,1% azalaraq, 18,100 mln. manata düşüb.
Bankın məcmu kapitalı 2012-ci ilin sonu ilə müqayisədə, 46,8% artaraq, 61,855 mln. manat olub. Kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş 12%-lik normaya qarşı 13,2% təşkil edərək, tam yerinə yetirilib.
Nizamnamə kapitalı ötən il ərzində 10,345 mln. manat artıb və hazırda 75,100 mln. manat təşkil edir.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 13 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.