"Bank Technique"dən tələbələr üçün əla fürsət! "Azərbaycanda XXI əsrin texnoloji bankı” mövzusunda ən kreativ və innovativ layihənin müəllifi Bankın Strateji İdarəetmə və İnkişaf Departamentində işlə təmin olunacaq!
Layihəyə olan tələblər:
Qabaqcıl texnologiyaların istifadəsini nəzərdə tutmalı;
Plagiat olmamalı, unikallığı ilə seçilməli;
Planlaşdırılan layihənin dəyəri, gəlirliyi, müddəti, cəlb olunacaq resurslar göstərilməli və müştəri yönümlü olmalıdır.
Müsabiqə çərçivəsində, layihələri, 01.09.2013-cü il tarixinədək, [email protected] elektron ünvanına və ya elektron daşıyıcılar (flash-card, CD) vasitəsilə Atatürk pr., 1107 ünvanına göndərə bilərsiniz. Ən kreativ tələbəni bizim peşəkar komandamızda gözləyirik!