Bank Technique "Muğan" filialını istifadəyə verdi. | Banco.az

Bank Technique "Muğan" filialını istifadəyə verdi.

“Bank Technique” ASC hazırda XXI əsrin bankçılıq fəlsəfəsi əsasında həyata keçirəcəyi quruculuq işlərinə start verib. Öz fəaliyyətində innovativlik, yüksək texnoloji xidmət, müştəri məmnuniyyəti kimi meyarları əsas götürən Bank, göstərdiyi xidmətlərlə sizin Maliyyə Agentinizə çevrilməyi hədəfləyir. Bu məqsədin həyata keçirilməsi üçün atılan addımlardan daha biri Nəsimi rayonu, Qulu Quliyev küç., 41 ünvanında yerləşən “Muğan” adlı filialın fəaliyyətə başlamasıdır. Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur. Hazırda Bankın Bakı şəhəri və regionlar da daxil olmaqla, 32 filial və 6 şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, müştərilərinin rahatlığı və mumnuniyyətini öz prioritetlərindən elan edən “Bank Technique”, online.banktechnique.az saytı vasitəsilə, innovativ “Şəxsi Kabinet” funksiyasını istifadəyə verib. Burada qeydiyyatdan keçən hər bir istifadəçi, virtual olaraq, Şəxsi Kabinetini yarada və banka gəlmədən, bir çox mütəmadi ödənişlərini həyata keçirə (mobil operatorlar, kommunal xidmətlər, stasionar rabitə, İnternet provayderlər, kabel televiziyası), Banka “VISA” və “MasterCard” növlü plastik kartların əldə olunması və ya kredit alınması üçün onlayn müraciətlər göndərə, eləcə də bu kreditləri onlayn ödəyə, avtomatik ödənişlər edə, depozit yerləşdirə bilər və s. 

Ən əsası, “Bank Technique” ASC-də xidmət olunan bütün növ hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi də mümkündür. Belə ki, “Bank Technique”də cari hesabı olan istənilən müştərimiz hesabı üzrə həyata keçirilən əməliyyatları “Şəxsi Kabinet” funksiyasındakı “Hesabdan çıxarış” bölməsi vasitəsilə izləmək imkanına malik olur. “Hesabdan çıxarış” bölməsindən istifadə edə bilmək üçün Bankımıza bircə dəfə yaxınlaşıb, ərizə formunu doldurmaq lazımdır. Forma doldurulduqdan sonra, 24 saat ərzində, “Şəxsi Kabinet” funksiyasındakı bu bölmədən istifadə oluna bilər. Sözügedən bölmədə, seçdiyiniz vaxt aralığında, hesabınız üzrə baş verən bütün əməliyyatları izləyib, istədiyiniz təqdirdə, onları çap da edə bilərsiniz. “Şəxsi Kabinet” funksiyasının, sadalananlarla yanaşı, ödəniş kodlarının və ödəmələrə dair tarixçənin arxivləşdirilməsi, plastik kartlar vasitəsilə Bankda xidmət olunan hesablara pul vəsaitlərinin yatırılması kimi də üstünlükləri var.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et