“Bank Technique” kapitallaşmanı artırır | Banco.az

“Bank Technique” kapitallaşmanı artırır

“Bank Technique” ASC-nin rəhbərliyi 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib. İri kreditin cəlb edilməsi ölkədə baş vermiş son devalvasiya prosesləri nəticəsində azalmış kapitallaşmanın bərpası istiqamətində atılmış ilk addımdır.

Səhmdarların qərarı bankın hazırkı rəqabət qabiliyyətli mövqelərini qorumaqla, fəaliyyətin genişləndirilməsinə yardımçı olacaq. Belə ki, yaxın vaxt ərzində bank yeni innovativ məsafəli bankçılıq xidmətlərini və unikal məhsulu – displey-kartları təqdim etməyə hazırlaşır. Həmçinin özünə xidmət prinsipi ilə fəaliyyət göstərən texnoloji şöbələrin yaradılması üzrə konsepsiya qəbul edilib və yaxın vaxtda tətbiqinə başlanacaqdır. Əvvəllər olduğu kimi, “Bank Technique” öz inkişaf və tərəqqisini texnologiyalar və internetdə görür.

Yeni qərarla yanaşı, bankda manatın devalvasiyası ilə əlaqədar bank bazarındakı vəziyyəti şərh ediblər: “Rəhbərlik valyuta məzənnələrinin dəyişməsi proseslərinin ilin yekunlarına görə gəlirliyə təsir edəcəyini istisna etmir, lakin bu qətiyyən müştərilərimizə təsir etməyəcək, bankın iflası haqqında fikirlər isə absurddur. Qeyd etmək vacibdir ki, “Fitch Ratings” agentliyi bankın reytingini “B-“ səviyyəsində təsdiq edib, mövqelərimiz sabitdir, misal üçün, likvidlik əmsalı kimi mühüm göstərici fevral ayı üçün normativ tələbləri iki dəfədən çox üstələyib və 59,37% olub ki, bu öhdəliklərin tam yerinə yetirməsinə işarə edir”, - Bankda bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

“Eyni zamanda, hətta devalvasiya prosesləri ərzində Bankın depozit portfelinin artımı qeydə alınıb. Belə ki, 20 fevral 2015-ci il tarixinə fiziki şəxslərin əmanət portfeli 195,4 milyon manat təşkil edirdisə, martın 17-nə bu göstərici müvafiq olaraq 11,87% artaraq 218,6 milyon manata bərabər olub. Təbii ki, artım xarici valyutada olan əmanətlərin bahalaşması ilə şərtlənir, lakin 20 fevral tarixinə qüvvədə olan məzənnə ilə hesabladıqda belə, xalis artım 1,74% təşkil edir.

Bank həmişə olduğu kimi, müştərilərinə qayğı ilə yanaşır və yaxın günlərdə yeni valyuta risklərini rahat qarşılamağa və gəlirliyi artırmağa kömək edən “Siğortalı+” depozit məhsulunu təqdim etməyə hazırlaşır.

Yeni planlar, məhsul və xidmətlər gələcəyə nikbinliklə baxmağa və yalnız iddialı hədəflər müəyyən etməyə imkan yaradır.”

 

Ən sərfəli krediti almaq üçün müraciət et