“Bank Technique” “İlin Bankı” elan edilib | Banco.az

“Bank Technique” “İlin Bankı” elan edilib

“Bank Technique” ASC, “Azeri Business Award” mükafatı çərçivəsində, "İlin Bankı" adına layiq görülüb. Mükafat Banka dinamik inkişaf və bank xidmətlərin müasirləşdirilməsinə görə təqdim edilib.

“Yola saldığımız il “Bank Technique” üçün çox uğurlu bir il oldu və bugünkü tədbirdə uğurlarımızın əks olunması bizi həddən artıq sevindirir. Bütün təşkilatçılara təşəkkürümüzü bildiririk”, - deyə “Bank Technique”in İdarə Heyətinin üzvü Orxan Hüseynov təqdimetmə mərasimində çıxış edərkən bildirib.

“Azeri Business Award” mükafatı Azərbaycanın aparıcı, işgüzar nəşri olan "Business Time" jurnalı tərəfindən təsis edilib. Mükafat milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin biznesinin inkişaf tempi götürülür. 

Mükafatın təqdimetmə mərasimi, 14 dekabr 2013-cü il tarixində, Fairmont Baku otelində keçirilib. Mərasimə 200-dən artıq qonaq qatılıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 13 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.