“Bank Technique” “3D Secure” texnologiyasını istifadəyə verib | Banco.az

“Bank Technique” “3D Secure” texnologiyasını istifadəyə verib

Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, “Bank Technique” ASC “VISA” kart sahibləri üçün “3D Secure” texnologiyasını istifadəyə verib.

“3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulma mütləqdir).

“3D Secure” proqramında qeydiyyatdan buradan aparılır: https://acs.3dsecure.az/way4acs/enroll. Qeydiyyatdan sonra, “3D Secure” texnologiyasının dəstəkləyən saytlarda (bir qayda olaraq, “Verified By Visa” və “MasterCard® SecureCode™” loqotipləri ilə işarələnir), alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir.

Ən sərfəli kredit üçün müraciət et

Xidmətə qoşulma pulsuzdur.

“MasterCard” sahibləri üçün “3D Secure” texnologiyası yaxın zamanda istifadəyə veriləcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et