Bank Standartdan daha bir yenilik. "Bankomatlar və filiallar sizin smartfonlarda." | Banco.az

Bank Standartdan daha bir yenilik. "Bankomatlar və filiallar sizin smartfonlarda."

“Bank Standard”ın ATM mobil tətbiqi proqramı bankın bütün bankomatlarının siyahısını, valyutaların məzənnəsini, fəaliyyətdə olan uduşlu aksiyaları, bankın filialları və onların əlaqə nömrələrini, bakın kredit və depozit məhsulları üzrə faydalı məlumatları 3 dildə əks etdirir. Beləliklə mobil tətbiqi proqram vasitəsilə müştərilər “Bank Standard”ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kursalırını öyrənə bilərlər. Proqram, həmçinin xəritədə bankın yaxınlıqdakı filial və bankomatlarının dəqiq yerini, GPS kordinatlarını göstərməklə istifadəçilərə onları asanlıqla tapmaqda kömək edir. Bundan əlavə, “Bank Standard”ın tətbiqi proqramı müştərilərə bankın filiallarına zəng etməklə bankla əlaqə yaratmaq imkanı yaradır. Smartfonlar üçün tətbiqi proqramı Apple Store-dan və Play Market-dən bu QR-kod vasitəsilə yükləmək olar: 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et