İyunun 18-də keçirilən “Netty 2013”-ün mükafatlandırma mərasimində Bank Standard “İlin yeni korporativ saytı” nominasiyasında qalib elan olundu. Qeyd edək ki, Bank Standard-ın yeni veb-saytı ümumi korporativ rebrendinq çərçivəsində hazırlanmışdır. “NETTY” – ölkəmizdə informasiya texnologiyaları üzrə təltif olunan ilk və yeganə milli peşəkar mükafatdır. Bu mükafat Azərbaycanın ən uğurlu veb-layihələri arasından ən yaxşılarını seçmək məqsədi ilə ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qabaqcıl mütəxəssisləri hər il bir araya gətirir. Sayca 9-cu olan “Netty 2013” mükafatında 339 sayt iştirak etmişdir. “Netty 2013” İnformasiya Texnologiyaları Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Bank Standard “Netty 2013” Milli İnternet Müfakatının qalibi oldu

