İndi Azərbaycanın ən iri banklarından biri sayılan “Bank Standard” MilliÖN ödəmə sisteminə qoşuldu. Bu ödəmə sistemilə əməkdaşlıq sayəsində “Bank Standard” öz müştərilərinə kredit ödəmələrini hazırda sayı 1100-ə çatan terminal şəbəkəsilə həyata keçirmək imkanı yaradır. Krediti ödəmə terminalı vasitəsilə həyata keçirmək üçün “Bank xidmətləri” bəndini seçərək “Bank Standard” işarəsini basmaq lazımdır. Bankın müştəriləri İD - nömrələrini (müştəri kodu), doğum tarixlərini qeyd edib lazımi məbləği ödədikdən sonra qəbzi götürə bilərlər. Pul köçürmələri real zaman rejimində həyata keçirilir. Ödənişlər üçün əlavə məbləğ tutulmur.
3500-dən artıq məntəqədən ibarət MilliÖn ödəmə şəbəkəsi Azərbaycanın bütün regionlarını əhatə edir. Hazırda 55-dən artıq xidmət sahəsi MilliÖn ödəmə sistemi vasitəsilə müştərilərə xidmət göstərir. Buraya bütün mobil operatorlar, kabel televiziyaları, internet provayderlər, kommunal xidmətlər və aparıcı banklar daxildir.