Bank Respublika və AYİB yeni kredit razılaşmasını imzaladılar. | Banco.az

Bank Respublika və AYİB yeni kredit razılaşmasını imzaladılar.

AYİB Azərbaycanda Ümümbank Çərçivə Maliyyə Xidmətləri çərçivəsində Bank Respublika-ya, 9,4 milyon ABŞ dolları həcmində kredit xətti ayırdı.

5,4 milyon dollar həcmində olan kredit xətti yerli şirkətlərin investisiya və dövriyyə kapitalını maliyyələşdirmək üçün mikro, kiçik və orta sahibkarlara (MKOS) orta və uzun müddətli kreditlərin ayrılması üçün istifadə olunacaq. Kredit xəttinin 1 milyon dolları BP Exploration (Xəzər Dənizi) Limited tərəfindən maliyyələşdirilən Regional İnkişaf Təşəbbüsünün (RİT) Xüsusi Fondundan təmin olunacaq.

4 milyon dollar həcmində olan digər kredit xətti ipoteka kreditləri vasitəsilə mənzillərin alınmasını, təmirini və ya tikintisinin maliyyələşdirilməsi üçün fərdi müştərilərə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanda qeyri-neft və qaz sektorunun davamlı inkişafı üçün kiçik və orta bizneslərin olması olduqca zərüridir. Məmnunuq ki, Regional İnkişaf Təşəbbüsü çərçivəsində BP ilə əməkdaşlığın yeni mərhələsindən faydalanan ilk maliyyə təsisatı məhz Bank Respublika olacaqdır. Bu mərhələ KOS sektoruna daha çox maliyyə cəlb edəcək və maliyyəyə çıxış imkanlarını genişləndirəcək” – deyə, AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Nil MakKeyn qeyd etmişdir.

Bank Respublika 2004-cü ildən AYİB-in fəal tərəfdaşlarından biridir və 2008-ci ildə Azərbaycanda AYİB-in ipoteka inkişafının maliyyələşdirilməsi kreditini alan ilk bank olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et