Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə iyul ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb. İyul ayında “Bank of Baku”-nun plastik kartları ilə 281.714 sayda nağdsız əməliyyat həyata keçirilib. Hesabat ayına olan məlumata görə, “Bank of Baku”-ya məxsus kartların toplam sayı isə 306. 390 təşkil edir. Hesabatın “Elektron bank xidmətləri” nominasiyasında isə “Bank of Baku” ikinci yerdə qərarlaşıb. Xatırladaq ki, Mərkəzi Bankın nağdsız ödənişlər üzrə may ayına aid hesabatında da, “Bank of Baku” 1-ci yerdə qərarlaşmışdı. Beləliklə, “Bank of Baku” artıq ikinci aydır ki, lider bank elan edilir. Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku”Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur. Azərbaycanın plastik kartlar bazarında aparıcı maliyyə təsisatlarından olan “Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün 140.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.