“FAİZLƏR TƏTİLƏ ÇIXDI” YAY ENDİRİM KAMPANİYASI!
“Bank of Baku” pul kreditlərinin illik faiz dərəcəsində 3 %-lik endirim elan edir!
Kreditin maksimal məbləği - 10.000 manat.
Müddət – 24 aya qədər.
Kampaniyanın müddəti:18 iyul -31 avqust.
“Bank of Baku”-nun təkrar müştəriləri, partnyor müəssisələrin əməkdaşları və “Bank of Baku”-nun filialları yerləşən inzibati ərazilərdə qeydiyyatda olan müştərilər, bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə faydalana bilər.
Dostlarımıza dost imtiyazı!
Kampaniya çərçivəsində bankın “Dostlar klubu”-nun üzvləri topladıqları bonuslar sayəsində komissiya haqqı ödəmədən belə kredit əldə edə biləcəklər.
Misal:
“Dostlar Klubu”-nun üzvünün bonus hesabında 250 AZN vasait toplanıb və o, “Bank of Baku”-dan 12 ay müddətinə 2000 AZN məbləğində nağd pul krediti rəsmiləşdirmək istəyir. Bu halda, klub üzvü rəsmiləşdirilən kredit üzrə əlavə komissiya ödəməyəcək. Belə ki, kreditə görə ödəməli olduğu 100 AZN komissiya haqqı müştərinin bonus vəsaiti hesabından silinəcək.
Beləliklə, “Dostlar Klubu”-na üzv olan müştəri 2000 AZN məbləğində nağd pul kreditini faiz dərəcəsi 25% olmaqla, 12 ay müddətinə əlavə komissiya haqqı ödəmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmiş olacaq. Bu halda kredit üzrə aylıq ödəniş 190 AZN, kredit üzrə cəmi xərc isə 280 AZN təşkil edəcək.