"Bank of Baku"-dan yayılmış xəbərlərə dair AÇIQLAMA | Banco.az

"Bank of Baku"-dan yayılmış xəbərlərə dair AÇIQLAMA

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Bank of Baku”-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb. Bununla əlaqədar “Bank of Baku” ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku”-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər.

Bu yaxınlarda 20 illiyini qeyd edən “Bank of Baku” ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır.