Bank of Azerbaijan “Lənkəran” filialının açılışı oldu | Banco.az

Bank of Azerbaijan “Lənkəran” filialının açılışı oldu

Ölkənin maliyyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filiallar şəbəkəsinin genişləndirilməsi istiqamətində fəal iş aparır. 
Bankımız 2009 – cu ildən qəbul edilən Strateji İnkişaf planına əsasən Filial şəbəkəsini Azərbaycanın və Bakının iri və iqtisadi baxımdan mühüm  rayon və şəhərlərində genişləndirilməsini planlaşdırmışdır. Həmin plana əsasən:
2009 – cı ildə Binəqədi rayonunda “Avtovağzal” filialı, Yasamal rayonunda 5 saylı “Elmlər” filialını,  
2010 – cı ildə Nərimanov rayonunda 18 saylı“Gənclik” filialı, Azərbaycanın digər şəhərlərində “Yevlax”, “Gəncə”  və “Sumqayıt” filiallları. Həmin il Bakı şəhərində “Nərgiz” Ticarət mərkəzində Bank tərəfindən “Nərgiz” TM şöbəsi müştərilərə istifadəyə verilmişdir. 
2011 – 2012 – ci illərdə də Bankın filial şəbəkəsinin genişləndirilməsi davam etmişdir və həmin illərdə yeni regional filillar(Şəki və Quba)  və Bakı şəhərində 1 saylı və 2 saylı şöbələr açılmışdır. 
Bu il Lənkəran filialının açılışı ilə bank filial şəbəkəsinin formalaşmasının birinci mərhələsini yekunlaşdıracaq.  Sayca 20 – ci satış nöqtəsi olan “Lənkəran” filialı bankın cənub regionunda yeni filialıdır. Həmin bu filial vasitəsi ilə əhaliyə depozit məhsulları, istehlak kreditləşməsi, avto və mikrokreditləşdirilmə proqramları, pul köçürmələri, kommunal ödənişlər, habelə müxtəlif çeşidli plastik kartlar da daxil olmaqla, bank xidmətlərinin tam spektri təklif edilir. Lənkəran filialının fəaliyyətində “Bank of Azerbaijan”ın kredit məhsullarının geniş xətti, konkret olaraq, özəl sahibkarların və kiçik biznes müəssisələrinin kreditləşdirilməsinə xüsusi önəm veriləcək.
Hal - hazırda “Bank of Azerbaijan” ASC - nin  xidmət şəbəkəsi Baş ofis, 16 filial və 3 şöbədən ibarətdir. Xidmət şəbəkəsinin genişləndirilməsi bankın inkişaf stategiyasında prioritet məsələlərdən biridir. Belə ki, cari ildə bankın filialların sayı 20 çatdırılması planlaşdırılır.  
Filialların ünvanları, məhsul və xidmətlər barədə ətraflı məlumat almaq üçün www.bank.az internet səhifəsinə müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et