Bank of Azerbaijan-ın Gəncə filialı artıq yeni ünvanda | Banco.az

Bank of Azerbaijan-ın Gəncə filialı artıq yeni ünvanda

Xidmət şəbəkəsinin optimallaşdırılmasının davamı olaraq “Bank of Azerbaijan “ ASC - nin “Gəncə filialı” artıq yeni ünvanda, Gəncə şəhəri, Xətai prospekti 52A ünvanında fəaliyyət göstərəcəkdir.

Xatırladaq ki, 2010-cu ildən fəaliyyət göstərən “Gəncə filialı” həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmətlərini, o cümlədən əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməliyyatlar, 24 saat ərzində ATM vasitəsi ilə nağd pulun çıxarılması, valyuta mübadiləsi və s. xidmətləri təklif edir. Bankın yeni ofisi iş günləri saat 09:00-dan 21:00-dək müştərilərinə xidmət göstərəcəkdir.  

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş “Bank of Azerbaijan” ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank fiziki şəxslərə və korporativ müştərilərə depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə biznes məsləhətləri və s. geniş çeşidli bank məhsullarını təklif edir. Hal-hazırda bankın 15 filialı, 3 Şöbəsi mövcuddur. Filiallardan 7-i regionlarda, 8-i isə Bakı şəhəri ərazisində 

Ən sərfəli krediti almaq üçün müraciət et