Bank BTB-nin kollektivi daha bir qanvermə aksiyasını keçirib | Banco.az

Bank BTB-nin kollektivi daha bir qanvermə aksiyasını keçirib

Bank BTB ASC-nin kollektivi Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası keçirib. “Qan ver-xilas et!” şüarı ilə keçirilən aksiya Azərbaycan Talassemiya Federasiyası ilə birgə Bank BTB-nin Y.Səfərov, 27 ünvanında yerləşən Baş ofisində həyata keçib.

Qeyd edək ki, hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən həmvətənlərimiz mövcuddur. Onların insanların təmənnasız xeyriyyəçiliyinə ehtiyacları var. Aksiyada bankın bir çox əməkdaşı iştirak etdi. Hər bir donorun qanı virus və ya hər hansı bir xəstəliyə qarşı öncədən müayinə edilib daha sonra ehtiyacları olanlara ötürüləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bank BTB-nin rəhbərliyi də aksiyada iştirak edərək əməkdaşları dəstəklədilər. Idarə Heyətinin sədri Emil Rzayev: “Bizim bankda bu tədbir artıq ənənəyə çevrilib. Cavan və sağlam komandamızın təmənnasız xeyriyyəçilik aksiyalarında iştirak etməyi labüddür”- deyə bildirib.  

Ən sərfəli krediti almaq üçün müraciət et