Bank BTB-nin hədiyyəli əmanət kampaniyası davam edir | Banco.az

Bank BTB-nin hədiyyəli əmanət kampaniyası davam edir

Bank BTB-nin “Güvən, Qazan!” hədiyyəli kampaniyasının çərçivəsində bir ay (16.05.– 15.06.2016) ərzində tam sığortalı əmanət yerləşdirən müştərilər əmanət məbləğinin 2%-i dəyərində 45 partnyor şirkətdən istədikləri hədiyyələri seçmək şansını qazanırlar. 

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı (anket) təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin 2% - i dəyərində hədiyyə seçimi edirlər.

Belə ki, Bank BTB müştərilər üçün Bakı şəhərinin ən geniş xidmət şəbəkəsinə malik olan supermarketlərində pulsuz alış-veriş fürsəti yaratmışdır. Hədiyyə olunan məbləğ xərclənənə kimi bir necə dəfə alış-veriş imkanı vardır. Bankımızda əmanət yerləşdirən müştərilər aşağıdakı supermarketlərdə alış-veriş edə bilərlər: BazarStore, Bizim, Rahat, Araz, Neptun, Favorit.

Əlavə olaraq  parfümeriya və kosmetika bazarında liderlər olan “Sabina” və  “İdeal” mağazalar şəbəkəsindən müştərilərimiz istədikləri məhsulu hədiyyə olaraq əldə edəcəklər. Müxtəlif çeşidli parfümlar, dəri və saçlara qulluq  vasitələri və digər hədiyyələr sizləri gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Geyim və aksessuarlar isə geniş brendlərlə təmsil olunur: Accessorize, Adidas, BCBGMAXAZRIA, Liu Jo, Nine West, Tommy Hilfiger,  United Colors of Benetton, Albatros, Alexander McQueen, Bisque, Bulgari, Celine, Diesel, Escada, Etro, Fendi, Gucci, Guess, Hugo Boss, Mango, Marc by Marc Jacobs, Marina Rinaldi, Max Mara, Premium Outlet, Ralph Lauren, Red Valentino, Roberto Cavalli, TODS, Tom  Ford, Valentino.

Dəbli aksesuarlar və qol saatları VMF  şirkəti tərəfindən təqdim olunacaq.

Qeyd etmək lazımdır ki əmanətçilər anketdə hədiyyə məbləğini istədikləri kimi xərcləyə bilərlər. Məsələn 200 manatlıq hədiyyə məbləğini tam bir hədiyyəyə və ya 2, 3, 4 yerə bölüb müxtəlif çeşidli hədiyyələr almaq imkanları var.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et