Bank BTB-nin Baş Ofisi artıq yeni ünvanda! | Banco.az

Bank BTB-nin Baş Ofisi artıq yeni ünvanda!

Bank BTB qısa müddət ərzində mühüm nailiyyətlər əldə edərək stabil inkişaf nümayiş etdirmişdir. Bunun nəticəsi olaraq bank, Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov 27 ünvanında yerləşən yeni Baş Ofisinə köçmüşdür.

Baş Ofisin yeni binası bütün tələblərə uyğun şəkildə modern üslubda inşa edilmişdir. Ofisin birinci mərtəbəsində yerləşən Əməliyyat İdarəsi müştərilərə çevik və rahat xidmətin göstərilməsi məqsədilə geniş və müasir bankçılıq texnologiyalarını özündə birləşdirən xidmət sahəsi ilə təchiz olunmuşdur. Baş Ofis fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlərlərin verilməsi, depozitlərin qəbulu, plastik kartlar ilə əməliyyatlar və müxtəlif istiqamətdə pul köçürmələri xidmətlərini göstərməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bank BTB-nin Baş Ofisi həftənin şənbə və bazar günləri istisna olmaqla, saat 08:30-dan 17:30-dək müştərilərin xidmətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et