Bank BTB MasterCard sahiblərinə yeni üstünlüklər qazandırmağa davam edir! | Banco.az

Bank BTB MasterCard sahiblərinə yeni üstünlüklər qazandırmağa davam edir!

31.03.2017-ci il tarixinədək MasterCard plastik kart sahibləri Azərbaycanın aparıcı otellərində möhtəşəm güzəştlər əldə edə biləcəklər.

Belə ki, 15% dan başlayaraq 25%-dək endirimlər Fairmont Baku, JW Marriott Absheron Baku, Boulevard Hotel Baku və İntourist otellərində kampaniya müddətində  təqdim edilir.

Əlavə olaraq, Gəbələdə yerləşən Chenotpalace sağlamlıq mərkəzində müalicə proseduralarına 20%, Tibbi Şöbənin xidmətlərinə isə 10% dəyərində endirimlərdə mövcuddur. Otellərin rəsmi internet saytında və ya qeydiyyat masasında Bank BTB MasterCard plastik kartları ilə ödəniş edərək kart sahibləri təqdim edilən imtiyazlardan istifadə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytından www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.