Bank BTB “Güvən, Qazan!” yeni depozit kampaniyasına start verib | Banco.az

Bank BTB “Güvən, Qazan!” yeni depozit kampaniyasına start verib

Bank BTB “Güvən, Qazan!” yeni depozit kampaniyasına start verib. Kampaniya müştərilərə sərfəli şərtlərlə manatla və ABŞ dolları valyutasında əmanət yerləşdirməyə imkan verir. 16 iyul 2016-ci il tarixinədək davam edəcək “Güvən, Qazan” kampaniyası “Müddətli” və “Proqressiv” əmanəti məhsulları çərçivəsində keçirilir. Belə ki, həm manat, həm də ABŞ dolları valyutasında ADİF-in sığortalanan əmanətlərin maksimal illik faiz dərəcəsi həddində əmanət yerləşdirən əmanətçilərə manatla yerləşdirilən əmanətlərin 2 %-ı həcmində, ABŞ dolları valyutası üzrə yerləşdirilən əmanətlərin 1%-ı  həcmində hədiyyələr veriləcək.

Kampaniya, əmanətlərini minimum 6 ay müddətinə və ən azı 1000 manat və ya 1000 ABŞ dolları yerləşdirilən əmanətçilərə şamil edilir. Kampaniya şərtləri çərçivəsində bankın tərəfdaşı olan şirkətlərdən müxtəlif növ hədiyyə seçimi imkanı yaradılacaqdır, bunların içində məhşur brendlərin geyim, aksessuar, məişət avadanlıqları və sair hədiyyələr daxildir. Hədiyyələr əmanətçilərə kampaniyanın bitmə tarixindən 1 ay sonra təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Biz müştərilərə sərfəli şərtlə müxtəlif çeşidli məhsullar və xidmətlər təklif etməyə davam edirik. Yeni kampaniyamız vəsaitin həm manat, həm dollarla  artırılmasından əlavə həm də müştərilərin məmnuniyyətinə ünvanlanmış təklifdir. Hazırda bu təklif ölkənin bank sektorunda ən maraqlı təkliflərdən biridir. Ən əsası isə Bank BTB  öz müştərilərinin əmanətlərini həm qoruyan, həm artıra bilən, həm də hədiyyə vəd edən güvənli bankdır, - deyə Bank BTB-ın İdarə Heyətinin  sədr müavini Rüfət Abbasov bildirib.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et