Bank BTB –dən kişilərə özəl: “Sağ –SalaMart” kredit kampaniyası | Banco.az

Bank BTB –dən kişilərə özəl: “Sağ –SalaMart” kredit kampaniyası

Bank BTB, 14 Fevral və 8 Mart bayramlarından sağ-salamat çıxan bəylərimizin, Novruz Bayramı ərəfəsində də yaranacaq xərclərini nəzərə alaraq “Sağ-SalaMart” kredit kampaniyasını təklif edir. Kampaniyanın şərtlərinə görə Mart ayının sonunadək Bank BTB yə müraciət edən kişilər, zaminsiz 1000 AZN-dək plastik kartda kredit xətti əldə edə biləcəklər.Əlavə olaraq, kredit xəttinin bağlı olduğu plastik kart bəylərimizə  pulsuz təqdim olunacaqdır.

Kartın növü müştərinin istəyinə görə Mastercard Standard və ya VISA Classic ola bilər.Kreditin müddəti isə 12 aydır. Kredit xəttini Bank BTB-nın bütün filiallarından əldə etmək mümkündür. 2010-cü ildən fəaliyyət göstərən Bank BTB, baş ofisdə yerləşən Müştəri Xidməti Departamenti ilə yanaşı 10 filial və 6 şöbə ilə müştərilərə xidmət göstərir.            

Ən sərfəli kredit üçün müraciət et

 Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.”

Ən sərfəli krediti almaq üçün müraciət et