Bank BTB-də peşəkar mütəxəssislərin seçimi | Banco.az

Bank BTB-də peşəkar mütəxəssislərin seçimi

Bank BTB Azərbaycanın maliyyə bazarında öz fəaliyyətini sürətlə genişləndirir. Mürəkkəb iqtisadi şəraitdə tətbiq olunan strategiya bankın stabil fəaliyyətini təmin edir. Bu strategiyaya uyğun olaraq əhaliyə faydalı innovativ məhsul və xidmətlər təqdim etmək, həmçinin yeni iş yerləri imkanı yaratmaq üçün bank öz filial şəbəkəsini genişləndirməkdədir.

Bank BTB-nin kadr siyasəti qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün yüksək səviyyəli mütəxəssislərin formalaşdırılmasına əsaslanır. Hal-hazırda bankda 300-dən artıq bankın inkişafına öz peşəkar işləri ilə töhfə verən əməkdaş çalışır. Keçən illə müqayisədə işçi heyətinin sayı 9%-dək artmışdır. Hazırda bankda aktual olan vakansiyalar aşağıdakılardır:

1.     Biznesin inkişafı departamentinin direktoru

2.     Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi

Ən sərfəli kredit üçün müraciət et

3.     Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

4.     Müştəri xidmətləri departamentinin aparıcı mütəxəssisi

5.     Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis (SME)

Vakansiyalar haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

.

 

Ən sərfəli krediti almaq üçün müraciət et