Bank BTB ASC yeni formatda işləyən filial təqdim etdi | Banco.az

Bank BTB ASC yeni formatda işləyən filial təqdim etdi

Bank BTB ASC tam yeni formatda işləyən ”Səbail” filialını 14 iyul 2016-ci ildə yeni ünvanda təqdim etdi. Filialın girişində 7/24 özünəxidmət zonası yerləşir. Gecələr özünəxidmət  zonasını əməliyyat zalından şüşə arakəsmə ayırır, gündüzlər arakəsmə açılaraq zal birləşdirilir.

Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat və xidmət ala biləcəklər.

Filial əhalinin sıx məskunlaşdığı yerlərdən birində “Nizami” metro stansiyasının yaxınlığında, Yasamal rayonu, M.M.Əbilov küçəsi 59, ünvanına keçirilib. Yeni filialın açılışında  bankın Müşahidə Şurası və İdarə Heyətinin üzvləri iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et