Emissiyanın həcmi 15 milyon 245 min manat, qiymətli kağızın miqdarı 15 min 245 ədəd, nominal dəyəri 1000 manat, üstünlük hüququnun bitmə tarixi avqustun 15-dir.
Anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edir. Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra, Bankın nizamnamə kapitalı 23,6% artaraq, 80 mln. manata çatacaq.