Rusiyanın «RİA Reytinq» reytinq agentliyi tərəfindən hazırlanan MDB ölkələrinin ən iri 100 bankın siyahısında Azərbaycan Beynəlxalq Bankı (ABB) bir pillə irəliləyərək 34-cü yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, reytinq 2013-cü ilin yanvarın 1-nə olan aktivlərin həcminə görə hazırlanıb və burada ABB-nin aktivlərinin həcmi 7,5 mlrd. dollara bərabər olduğu bildirilir.
Ümumilikdə, reytinqə Rusiya «Sberbank»ı başçılıq edir. Bankın yanvarın 1-nə aktivləri 447,17 mlrd. dollar təşkil edib. Qeyd edək ki, reytinqdə Azərbaycan, Belarus, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ukrayna və Rusiyanı təmsil edən banklar yerini alıb. Reytinqdə əks olunan bankların ümumilikdə MDB ölkələri üzrə məcmu bank sistemlərində xüsusi çəkisi 81%-ə bərabər olub.
APA-Economics