AZƏRBAYCANLI DÜZGÜN QƏRARLA HƏYATINI DƏYIŞDI! | Banco.az

AZƏRBAYCANLI DÜZGÜN QƏRARLA HƏYATINI DƏYIŞDI!

AZƏRBAYCANLI  DÜZGÜN  QƏRARLA  HƏYATINI  DƏYIŞDI!

Bir düzgün qərarla sənin həyatın dəyişir! Samiq Nəsirovun depozit qoyuluşu üçün Unibankı seçməsi, ona cəmi bir neçə saniyə ərzində  son model Chrysler 200 Touring 2.4 avtomobili qazandırdı.

Unibankın 3 aydan artıq davam edən, “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyasının qalibləri ötən gün açıqlandı. Müsabiqə komissiyasının və  kampaniya müddətində Unibankda depozit hesabı açan müştərilərdən bir hissəsinin iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, daha 20 əmanətçi hərəsi 500 AZN-lik pul mükafatı qazandı. Qaliblər sentyabrın 16-sı saat 11:00-da Unibankın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisinə dəvət olunacaq və mükafatlar təqdim ediləcək. Artıq qaliblər bank tərəfindən məlumatlandırılıb.

Qeyd edək ki, mayın 20-dən  avqustun 31-dək davam edən lotereyanın şərtlərinə əsasən, kampaniya dövründə Unibanka ən azı 12 aylıq müddətə, minimum 100 AZN/USD/AVRO məbləğdə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddətini bu tarixlərdə  ən azı l2 ay müddətinə artıran müştərilər, stimullaşdırıcı lotereya oyununda iştirak ediblər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndirilib. Məsələn, 1000 AZN-lik əmanət sahibinin 10 şansı olub. Bu şanslar 10 fərqli eyniləşdirmə nömrələri altında uduş fonduna daxil edilib. Ümumilikdə kampaniya  4897 əmanətçini əhatə edib, lotereya oyunu müddətində qoyulan depozit sayı 6073, mümkün şansların sayı isə 964 min 420 olub.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya dövründə depozit portfelinin artımı 28 milyon manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir.  Fiziki şəxslər tərəfindən banka cəlb edilən vəsaitlərin hesabına  31 avqust 2013-cü il tarixə olan məlumata görə, Unibankın ümumi depozit portfeli 350 milyon manatı ötüb.Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda Unibankda depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır. 

 

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank –hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et