Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək | Banco.az

Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək

9 oktyabr 2015-ci ildə ölkədə keçiriləcək ən böyük tədbirlərindən biri olan İnvestorlar Yarmarkası keçiriləcək.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 2009-cu ildən etibarən  Azərbaycan  və ümumiyyətlə beynəlxalq səviyyədə mikromaliyyə sektorunun dinamik və dayanıqlı inkişafına töhfə verməkdə maraqlı olan üzvlər, investorlar, xidmə ttəminatçıları və digər maraqlı tərəflər arasında maliyyə vasitəçiliyi və biznes dialoqlarının təşviqi məqsədilə yeni üzvlük xidmətini- İnvesrtorlar Yarmarkasını təşkil etməyə başladı.

İnvestorlar Yarmarkasının əsas məqsədi üzvlər, investorlar/ donorlar və xidmət təminatçıları və tərəfdaşlar arasında biznes dialoqlarının və əlaqələrin qurulması üçün forumun yaradılmasıdır. Burada iştirakçılar potensial biznes müştəriləri və partnyorları il ətanış olmaq, yeni maliyyələşmə və əməkdaşlıq imkanları haqqında müzakirələr aparmaq imkanlarından faydalanacaqlar.

Bu il Yarmarka  bazar sistemini müəyyən edən və ümumi qaydalar  toplusunun  yaradılmasına yönələcəkdir. Milli valyutanın devalvasiyası ilə bağlı hazırkı vəziyyət  MMİ-lər və İnvestorların əksəriyyətində çaşqınlıq yaratmışdır. Bu sessiya bazar oyunçularının effektiv və məsuliyyətli maliyyə xidmətlərinin istifadəsində  yaranan əsas maneələrin və məhdudiyyətlərin aradan qaldırılmasına həsr ediləcəkdir.

İnvestorlar Yarmarkasının iştirakçıları həmçinin təsisçilər, strateji baxımdan maraqlı tərəflər və texniki xidmət təminatçıları ilə şəbəkələşmə və yeni əməkdaşlıq qurma imkanları əldə edəcəklər

İnvestorlar Yarmarkasında aşağıda qeyd olunmuş beynəlxalq investorların iştirakı artıq təsdiqlənib:

Asian Development Bank

İslamic Development Bank

Ən sərfəli kredit üçün müraciət et

İFC

EBRD

BlueOrchard Finance SA

Finance in Motion GmbH

Grameen Credit Agricole

Oikocredit

Triple Jump

CGAP

Software Group

Accion\ The Smart Campaign

Rozas Development Advisory LLC

MicroFinanza Rating

Tədbir, Accessbank, Bank of Baku, Asiya İnkişaf Bankı, FİNCA Azerbaijan, Brand Kredit, Azmikroinvest, Software Group və Kredaqro təşkilatlarının sponsorluğu ilə təşkil olunur.

Finance Time isə media partnyorudur.

Qeydiyyat artıq açıq elan olunmuşdur və amfa.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Əlavə məlumat üçün  +994124371645 telefonu ilə əlaqə saxlaya bilərsiniz

Ən sərfəli krediti almaq üçün müraciət et