Visa, PAŞA Bank və McDonald’s McDonald’s-ın Azərbaycandakı restoranlarında Visa payWave kontaktsız kartların qəbulunun başlanmasını elan edir
PAŞA Bank, Visa və McDonald's Аzərbaycan McDrive daxil olmaqla, McDonald's restoranlar şəbəkəsində Visa payWave kontaktsız ödənişlərin qəbulunun başlanması haqqında elan verir;
İndi ödənişin həyata keçirilməsi üçün sadəcə Visa payWave kartını xüsusi kontaktsız ödəniş terminalına toxundurmaq lazımdır. Belə terminallarsimvolu ilə işarə olunur;
McDonald's-ın Azərbaycandakı restoranlarında eləcə də, sifarişlərin sürətli ödəniş proqramı (Visa Easy Payments Service) da təqdim olunmuşdur - PİN-kodu və qəbzdə imzanı daxil etmədən 20 manata[1] qədər məbləğdə ödəniş;
Bakı, 25 sentyabr 2014-cü il − McDonald's Azərbaycan, Visa və PAŞA Bank restoranlar şəbəkəsində Visa payWave kontaktsız kartların qəbulunun başlanması haqqında məlumat verir. Visa payWave kartları və Near Field Communication (NFC) [2] texnologiyası ilə smartfonla ilk kontaktsız əməliyyat bu gün, 25 sentyabr tarixində Bakı şəhəri, Nizami küçəsi 340, Fontanlar Meydanı ünvanında yerləşən McDonald's restoranında həyata keçirilmişdir.
Layihənin ekvayrinq tərəfdaşı olan PAŞA Bank bütün restoranlar şəbəkəsini Visa payWave kontaktsız ödənişlərin qəbuluna imkan verən yeni terminallarla təmin etmişdir.
McDonald's Аzərbaycan şirkəti öz restoranlarında Visa payWave kontaktsız texnologiya ilə kart qəbulunu təmin edərək, sürətli xidmət göstərən restoranlar kateqoriyası üzrə ölkədə ilk şirkət olmuşdur. Hal-hazırda McDonald's restoranlar şəbəkəsində quraşdırılmış yeni avadanlıq sayəsində, qonaqlar sifarişlərini həm maqnit zolaqlı və ya çipli ənənəvi ödəniş kartları ilə, eləcə də, Visa payWave kontaktsız kartlarla tez və təhlükəsiz şəraitdə ödəyə bilərlər.
Bu halda ödənişin ənənəvi ödəniş kartı vasitəsilə həyata keçirilməsi üçün alıcı sərbəst şəkildə kartı keçirir və ya terminala daxil edir. Visa payWave kontaktsız kartlar vasitəsilə ödəniş zamanı kartı kassirə vermədən onu sadəcə olaraq ödəniş terminalında kontaktsız oxuyucuya yaxınlaşdırmaq kifayətdir.
Kredit kartları ilə yanaşı, Visa payWave texnologiyası kontaktsız ödənişləri dəstəkləyən mobil telefonlarda da həyata keçirilə bilər. Smartfonun köməyilə Visa payWave kontaktsız kartları vasitəsilə ödənişləri qəbul edən terminallarda da ödəmək olar.
Visa payWave kontaktsız ödənişlər texnologiyası – ən dinamik şəkildə inkişaf edən ödəniş texnologiyalarından biridir. Onun istifadəsi həm istifadəçilərə, həm də, ticarət-xidmət müəssisələrinə bir sıra üstünlüklər təqdim edir ki, bunların sırasında da sürət, rahatlıq və təhlükəsizlik yer tutur. Visa payWave kontaktsız ödənişlərin tətbiqi ticarət-xidmət müəssisələrinə prosesi sürətləndirmək və müştərilərə xidmət səviyyəsini yüksəltmək, satış zalında növbələri azaltmaq və müştəri axınını çoxaltmaq imkanı verir. Satış məntəqəsinin Visa payWave kartları ilə kontaktsız ödənişləri qəbul edib-etməməsini müəyyənləşdirmək üçün, ödəniş terminalında və terminalın ekranında kontaktsız ödənişlər simvolunun olmasına əmin olmaq lazımdır.
Azərbaycanda McDonald's restoranları üçün PAŞA Bank Visa (Visa Easy Payments Service) kartları ilə sifarişlərin sürətli ödənilməsi proqramını həyata keçirmişdir – 20 manata[3] qədər məbləğdə ödəniş üçün qəbz və PİN-kodun daxil edilməsi lazım deyil. Bu isə öz növbəsində ödəniş prosesini daha sürətli və rahat edir.
«Son illər ərzində biz Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrinin sürətli inkişafının şahidi olmuşuq və bunların sırasında da bank sahəsi də istisna olunmur. Elektron ödənişlər – bu inkişafın əsas amillərindən biridir. Visa payWave kontaktsız ödənişlərin – sürətli, rahat və təhlükəsiz kontaktsız ödənişlərin Visa-nın qlobal tərəfdaşlarından biri olan McDonald’s şirkətinin restoranlar şəbəkəsində başlanması ölkədə nağdsız ödənişlərin inkişafında yeni mərhələ açır. Əminik ki, istifadəçilər yeni ödəniş üsulunun səmərəliliyini qiymətləndirəcək və Visa payWave-in ilk layihəsinin başlanması Azərbaycanda iqtisadi inkişaf üçün daha bir təsirli stimul olacaq», − Visa-nın Qafqaz regionu ölkələrində biznesin inkişafı üzrə regional meneceri İrina Kamxadze qeyd etdi.
«PAŞA Bank ölkənin ən yenilikçi banklarından biri statusunu bir daha təsdiq edərək, ölkədə ilk dəfə olaraq, hər iki aparıcı ödəniş sistemləri ilə tərəfdaşlıqda kontaktsız kartların buraxılması və əldə edilməsinə nail oldu. Visa payWave kontaktsız kartların köməyilə, müştərilərimiz PİN-kodu daxil etmədən və ya qəbzdə imza atmadan, sözün tam mənasında bir toxunuşla ödəniş edə bilərlər. Bu cür ödəniş üsulu daha çox böyük müştəri axınına və nisbətən kiçik sayda qəbzlərə malik satış-xidmət müəssisələri üçün aktualdır», − PAŞA Bankın Dayrekt bankinq departamentinin direktoru Leyla Məmmədova əlavə etdi.
McDonald’s Аzərbaycan ASC 1999-cu ildən etibarən öz müştərilərinə xidmət göstərir. «Azərbaycan bazarında artıq 15 ildir ki, fəaliyyət göstərən McDonald’s Аzərbaycan şirkəti mütəmadi olaraq, yeni texnologiyalar təqdim edir və siz buna özünüz bu gün əmin ola bilərsiniz. Ümid edirəm ki, Visa payWave kontaktsız texnologiyanın təqdim olunması restoranlarımızda müştərilərimiz üçün ödəniş sisteminin daha rahat olmasına şərait yaradır», − McDonald’s Аzərbaycan ASC-nin meneceri Anar Bayramov qeyd etdi.
[1] Azərbaycan ərazisində Visa payWave kartları ilə əməliyyatlar üçün qəbul olunan göstərilmiş limit, imzasız və qəbzsiz ödəniş məbləği digər ölkələrdə fərqli ola bilər; məbləğ limitini dəqiqləşdirmək üçün, xahiş edirik, bank-emitent kartlarına müraciət edin;
2 NFC - Near Field Communication ( «yaxın kontaktsız əlaqə») — bir-birindən bir neçə santimetr məsafədə yerləşən avadanlıqlar arasında verilənlərin mübadiləsinə imkan verən, kiçik radiuslu, yüksək tezlikli simsiz rabitə texnologiyası.
[3] Azərbaycan ərazisində Visa payWave kartları ilə əməliyyatlar üçün qəbul olunan göstərilmiş limit, imzasız və qəbzsiz ödəniş məbləği digər ölkələrdə fərqli ola bilər; məbləğ limitini dəqiqləşdirmək üçün, xahiş edirik, bank-emitent kartlarına müraciət edin;