Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi

2017-ci ilin 24 may tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

50101156S

Hərraca çıxarılan həcm

25 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28  gün

Ödəmə tarixi

21 iyun 2017-ci il

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.