Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə | Banco.az

Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə

“Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının sponsorlarından olan Azərbaycan Beynəlxalq Bankı yarmarka çərçivəsində uşaq evlərinin sakinlərinə maraqlı sürpriz edib.“İnter” Peşəkar İdman Klubunun futbolçularının iştirakı ilə onlar üçün futbol məşqləri keçirilib. 

Futbolçular balacalara əvvəlcə məşq və təlimlər haqqında məlumat verib, onlara necə məşq etmək lazım olduğunu nümayiş etdiriblər. Sonra uşaqlar arasında oyun keçirilib. Ən fəal iştirakçılara futbol topu və qapıçı əlcəyi hədiyyə edilib. Azərbaycan Beynəlxalq  Bankı uşaq evlərindən yarmarkaya ziyarətə gəlmiş körpələrə ölkəmizdə yaşayan müxtəlif xalqların nağıllarının toplandığı kitablar da bağışlayıb. Bank yarmarka çərçivəsində bucür aksiyaları davam etdirəcək.  

Ən sərfəli kredit üçün müraciət et

Hər il ənənəvi qaydada təşkil olunan “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının məqsədi sağlamlıq problem olan körpələrin müalicəsinə dəstək verməkdir. Yarmarka müddətində ziyarətçilərə Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri, keçirilən kampaniyalar haqqında da ətraflı məlumat verilir, onların sualları cavablandırılır.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.