Azər-Türk Bankın Bakı filialı fəaliyyətini bundan sonra yeni ünvanda davam etdirəcək. Filialın ofisi indi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşir. Belə bir yenilikdə məqsəd Bank müştərilərinə daha keyfiyyətli və operativ xidmətin təmin edilməsidir. Bu filialda Bankın təklif etdiyi ən müxtəlif xidmət və məhsullardan faydalanmaq olar. Müasir tələblərə və Azər-Türk Bankın korporativ üslubuna uyğun qurulmuş Bakı filialı öz xidmət şəraiti, imkanları ilə müştərilərə məmnuniyyət bəxş edəcək.