Azər Türk Bankdan yeni imkanlar | Banco.az

Azər Türk Bankdan yeni imkanlar

Azər Türk Bankın xidmətlərindən faydalanmaq daha da asan oldu. Bank müştərilərinin rahatlığını düşünərək özünün yenilənmiş www.azerturkbank.az saytında müxtəlif məhsul və xidmətlər üçün onlayn sifariş imkanı yaradıb.

Ayrı-ayrı kredit məhsullarını və ödəniş kartlarını sifariş etmək istəyən, habelə bankda yeni əmanət hesabı açmaq istəyən müştərilər müvafiq filialda onlara xidmət vaxtını bu sistemin köməyi ilə əvvəlcədən özləri müəyyənləşdirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Müştərinin onlayn sifarişi filiala daxil olan kimi onunla əlaqə yaradılır, xidmət vaxtı təyin edilir və müştəri filiala gələnə qədər bir sıra sənədlər hazırlanmış olur. Müştəri bu məqamda öz vaxtına xeyli qənaət edir.

Azər-Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatları www.azerturkbank.az saytından, yaxud 945 nömrəli müştəri xidmətindən əldə etmək mümkündür. 

Ən sərfəli krediti almaq üçün müraciət et