Azər-Türk Bankdan sadiq müştərilərə xoş xəbər | Banco.az

Azər-Türk Bankdan sadiq müştərilərə xoş xəbər

Artıq Azər-Türk Bank sadiq müştərilərini Loyallıq Proqramı ilə sevindirəcək. “Platinum Klub” adlı bu proqrama əsasən 2-ci dəfə kredit götürən müştərilər istehlak kreditlərində 1% endirim qazanacaqlar. Əgər müştəri banka 3-cü dəfə müraciət edirsə, o zaman istehlak kreditlərində 1% endirim qazanmaqla yanaşı Bank komissiya ödənişlərində də endirim əldə edəcəklər. Belə ki, 2500 AZN qədər müraciət edənlər komissiya ödənişindən azad olunur. Bundan başqa 10000 AZN müraciət edən müştərilər komissiya ödənişində 20% endirim, 15000 qədər müraciətlərdə 30% endirim və 50000 AZN qədər müraciətlərdə isə 40% endirim qazanmış olur.

Əgər “Azər-Türk Bank”-dan nə vaxtsa kredit götürmüsünüzsə bu proqram məhz sizin üçün nəzərdə tutulub, lazımi sənədlərlə Bankın istənilən filiallarından birinə yaxınlaşıb bu ikmandan istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

“Platinum klub” sadiqlik proqramı barəsində daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.