"Azər-Türk Bank" və "B.EST Solutions" şirkəti arasında ilk elektron müqavilə imzalanmışdır | Banco.az

"Azər-Türk Bank" və "B.EST Solutions" şirkəti arasında ilk elektron müqavilə imzalanmışdır

Azərbaycanın aparıcı banklarından olan və daim innovativ həlləri ilə öndə gedən Azər Türk Bank bank sektorundadaha bir ilkə imza atmışdır ölkədə ilk dəfə olaraq tərəfdaş xidmət təminatçısı ilə müqavilə elektron qaydada "Asanİmza" mobil elektron imzanın istifadəsi ilə imzalanmışdır.

Müqavilənin qarşı tərəfi qismində "Asan İmza" mobil elektron imzanın yaradıcısı və operatoru olan "B.EST Solutions" şirkəti çıxış edir. Sözügedən müqavilənin predmeti "Asan İmza" xidmətinin bankın "E-bank" İnternet bankçılıqproqramına inteqrasiyasını nəzərdə tutur və bu istiqamətdə işlər artıq uğurla başa çatdırılmışdır.

Qeyd edək ki, sənədlərin imzalanmasında "Asan İmza" mobil elektron imzadan istifadə vaxta və digər maddi resurslaraqənaət edilməsi və əməliyyatların çevikliyi baxımından əlverişli və məqsədəuyğundur.

"Asan İmza" kimi innovativhəllərin tətbiqi hazırda bank sektorunda proseslərin optimallaşdırılması istiqamətində mövcud olan çağırışlar şəraitindəxüsusən aktualdır. Həm İnternet bank, həm də kargüzarlığın elektronlaşdırılması sahəsində "Asan İmza"texnologiyasının tətbiqi müştərilərə daha yüksək və operativ xidmət göstərilməsi və müştəri məmnunluğununyüksəldilməsi ilə yanaşı, bankdaxili biznes proseslərin daha effektiv idarə edilməsi baxımından da mühüm əhəmiyyətkəsb edir. 

Ən sərfəli kredit üçün müraciət et

Azər-Türk Bank bundan sonra da öz fəaliyyətində qabaqcıl texnologiyaların tətbiqinə geniş yer verəcək.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər Türk Bank" ASC- nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləribarədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud(012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et