Azər-Türk Bank üçün özəl gün! | Banco.az

Azər-Türk Bank üçün özəl gün!

Bu gün Azər-Türk Bank 19 illiyini qeyd edir. Bank T.C.Ziraat Bankası A.Ş. və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlamışdır. Azər-Türk Bank 19 il ərzində istər fiziki, istərsə də hüquqi şəxs müştərilərin etibar etdiyi Bank olmuşdur.

2014-cü ilin ilk iki rübündə Bank ilk dəfə olaraq “Həmkarım” (digər bankaların əməkdaşları üçün istehlak kredit növü), “Daxili İpoteka” krediti, “Ailə” krediti, “Refinans Biznes” krediti, Türk Exim Bank ilə ortaq 7 illik biznes krediti və s. maraqlı və yenilikçi istehlak və biznes kredit məhsullarını bazara təqdim etmişdir. Həmçinin bu il Bank yeni bankomatlarının saylarını artırmaq, habelə xidmət şəbəkəsini genişləndirmişdir. Bank yaxın zamanlarda xidmət şəbəkəsini daha da genişləndirməyi hədəfləməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə də əhəmiyyətli rol oynamaqdadır. Məlumat Mərkəzi (012) 945, rəsmi elektron səhifə www.azerturkbank.biz.

Ən sərfəli krediti almaq üçün müraciət et