Azər Türk Bank Naxçıvanda gənclərə təlim keçdi | Banco.az

Azər Türk Bank Naxçıvanda gənclərə təlim keçdi

Martın 11-də Azər Türk Bankın təşkilatçılığı ilə Mərkəzi Bankın dəstəyi əsasında Naxçıvan Dövlət Texniki Kollecində  "Müasir bank xidmətlərinin tətbiqi və marketinqi" mövusunda təlim keçirilmişdir.

Təlimin əsas məqsədi - müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilinə, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsi olmuşdur. Uzunmüddətli hədəf isə gələcəkdə bank və maliyyə sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.

Tədbirdə Azər Türk Bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova "Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili",  Azər Türk Bankın Naxçıvan filialının müdiri Vüsal Novruzov "Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti", Mərkəzi Bankın Naxçıvan MR idarəsinin əməkdaşı Hafiz İsmayılbəyli "Bank sahəsində texnoloji yeniliklər və xidmətlər" mövzularında çıxış etmişlər.

Təlimdə Naxçıvan Dövlər Universiteti, "Naxçıvan" Universiteti, Naxçıvan Dövlət Texniki Kollecinin bank, maliyyə və digər iqtisadiyyat yönümlü fakültələrinin tələbələri, eləcə də gənc sahibkarlar iştirak etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

Təlimdən sonra iştirakçılardan 116 nəfərə sertifikatlar verilmiş, ən aktiv iştrakçılardan 2 nəfər bankda bir aylıq təcrübəyə dəvət olunmuşlar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et