Azər Türk Bank mövqelərini daha da möhkəmləndirir | Banco.az

Azər Türk Bank mövqelərini daha da möhkəmləndirir

Azər Türk Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin dörd ayı ərzində Bank tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 min 628 əməliyyat yerinə yetirilmişdir. Müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 milyon manat ekvivalentindədir.

Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən  Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır.

Ən sərfəli kredit üçün müraciət et

Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan Azər Türk Bankın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə  ölkə bankları içərisində birinci onluğa daxildir.

Hazırda Bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.

Ən sərfəli krediti almaq üçün müraciət et