Azər Türk Bank "MobilBank" xidmətini təqdim edir | Banco.az

Azər Türk Bank "MobilBank" xidmətini təqdim edir

Azər Türk Bank müştərilərinə mobil telefon vasitəsi ilə müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı yaradan "MobilBank" xidmətini təqdim edir.

Bankın istənilən növ ödəniş kartına sahib olan müştərilər SİM kart dəyişmədən, istənilən mobil operator nömrəsi ilə, banka gəlmədən bu tətbiqi smartfonlarına yükləyə, yerindən və zamanından asılı olmadan əməliyyatların real vaxt rejimində həyata keçirilməsi kimi üstünlüklər əldə edə bilərlər.

Bu xidmətdən istifadə etməklə kommunal xidmətlərin, mobil operator xidmətlərinin, internet provayderlərin xidmətlərinin ödənişlərini həyata keçirilməsi, həmçinin kartdan karta pul köçürülməsi, kartın bloklaşdırılması və blokdan çıxarılması, kart hesabı üzrə çıxarışın alınması, kartın balansı haqqında məlumatın alınması kimi bank əməliyyatlarının yerinə yetirilməsi mümkündür. 

Azər Türk Bankın ödəmə kartlarından istifadə edən Android və iOS əməliyyat sistemli smartfon sahibləri "MobilBank" elektron tətbiqin ən son versiyasını "GooglePlay Store" (keçid linki: https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilWEBATB.app&hl=ru) və "AppStore"-dan (keçid linki: https://appsto.re/az/IpGZ_.i  ) telefonlarına yükləyə bilərlər. Bu tətbiq olduqça asan və müştəriyönümlü olmaqla yanaşı həm də, geniş imkanlara malikdir və istifadəsi tamamilə ödənişsizdir.

Ən sərfəli kredit üçün müraciət et

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et