Azər-Türk Bank “Cash-in” bankomatını istifadəyə verdi. | Banco.az

Azər-Türk Bank “Cash-in” bankomatını istifadəyə verdi.

         Azər-Türk Bank nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verib.  Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bu bankomat kommunal ödənişlərin və Azercell ödənişlərinin həyata keçirilməsini də təmin edir. “Cash-in” bankomatı Azər-Türk Bankın “Mərkəz” filialında (İslam Səfərli küç. 5) quraşdırılıb.

           Bundan başqa Azər-Türk Bankın Sumqayıt şəhərində də yeni ATM-i istifadəyə verilib. Sumqayıt şəhəri Sülh küçəsi, 34 məhəllə 20/13 ünvanında yerləşən yeni ATM müştərilərə yüksək səviyyədə xidmət etməyə tam hazırdır.

Ən sərfəli kredit üçün müraciət et

         Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

          Xatırladaq ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir.            Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et