"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib | Banco.az

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib

Dekabrın 8-də "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda Bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası Orxan Ziyad oğlu Hüseynov müvəqqəti olaraq ona həvalə edilib.

Orxan Ziyad oğlu Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən "Azər Türk Bank" ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et