AtraBank müştərilərinə 100 dollar qazandıracaq | Banco.az

AtraBank müştərilərinə 100 dollar qazandıracaq

“AtraBank”  Western Union təcili pul köçürmə sistemi ilə birgə “WESTERN UNİON  İLƏ  DAHA VARLI“ adlı  aksiya keçirir.

Aksiyanın şərtlərinə görə “AtraBank”-ın Baş ofis və filiallarında Pul göndərən və ya Pul qəbul edən şəxslər Western Uniondan 100$ qazanmaq şansını əldə edəcəklər. 

Aksiya 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə əsasən "Western Union ilə daha varlı" kampaniyasında oynanılacaq mükafatları qazanmaq  üçün http://mta.gpi-company.com/ linkinə daxil olub geydiyyatdan keçməyiniz tələb olunur. İlk öncə isə Western Unionun rəsmi Facebook  https://www.facebook.com/MoneyTransferAzerbaijan?fref=ts   səhifəsini bəyənməyiniz şərtdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırlatmaq istəyirik ki, pul köçürmə xidmətlərindən “AtraBank” - ın istənilən fililalında yararlana bilərsiniz. Pul kvitansiyalarınızı qeydiyyatdan keçirməyi unutmayın. Hər kvitansiyanın ilk 5 rəqəmini yuxarıda göstərilən sayta daxil edirsiniz. Köçürmələriniz  nə qədər çox olarsa, o qədər qazanmaq  şansına yaxın olursunuz.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq.  İlk püşkatma  Oktyabrın 5-də baş tutacaq.

Onu da qeyd edək ki, kvitansiyalarınızı aksiyanın sonuna qədər saxlamağınız mütləqdir.

“AtraBank” – ın  Facebook səhifəsini izləməklə bütün yeniliklərimizin hər biri barəsində ətraflı məlumatlana bilərsiniz. : https://www.facebook.com/AtraBankASC

 

Ən sərfəli krediti almaq üçün müraciət et