“AtaMatik” yenidən “Tour d’Azerbaidjan”da bank xidmətləri göstərdi | Banco.az

“AtaMatik” yenidən “Tour d’Azerbaidjan”da bank xidmətləri göstərdi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarışda “AtaBank” ASC-nin  səyyar bankomatı olan “AtaMatik”  xidmət göstərdi. Mayın 3-də start götürən "Tour d'Azerbaidjan-2017"  ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar  bankomatı  vasitəsilə  hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki,  “Synergy Group”-un  sponsoru  olduğu   “Tour d’Azerbaidjan 2017” beynəlxalq veloturunda iştirakçılara  bank xidməti göstərməkdən yalnız iftixar hissi keçiririk.  

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et