"Atabank"ın rəhbərliyində dəyişiklik olub | Banco.az

"Atabank"ın rəhbərliyində dəyişiklik olub

Məlumat üçün bildirmək istəyirik ki, Müşahidə Şurasının  26.02.2016 – cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən,   Quliyev Dəyanət Namiq oğlu "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

Babaşlı Etibar Əmirxan oğlu "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin olunmuşdur.

İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda Babaşlı Etibar Əmirxan oğlu bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.  

Ən sərfəli kredit üçün müraciət et

Dəyanət Quliyev 2014-cü ilin sentyabr ayından "Synergy Group" ASC-də rəhbər vəzifələrdə çalışmaqdadır.

O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlamış, daha sonra İdarə Heyətinin sədri olmuşdur.

2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et