“AtaBank”ın maaş kartlarının sahiblərinə kredit fürsəti | Banco.az

“AtaBank”ın maaş kartlarının sahiblərinə kredit fürsəti

“AtaBank” ASC “Express Kredit” məhsulunu təklif edir. Bankın yaydığı məlumata görə, kreditin maksimal məbləği 5000 manat, müddəti isə 48 ay təşkil edir. “Express Kredit”də faiz dərəcəsi 12 ayadək kreditlər üçün illik 22%, 12 aydan yuxarı kreditlər üçün illik  24 % təşkil edir. Əmək haqqını “AtaBank” ASC-nin plastik kartları ilə alan müştərilər üçün isə müvafiq olaraq  illik 20% və 22 % müəyyən olunub. Şəxsi məqsədlər üçün verilən kreditin məbləği adi müştərilər üçün əmək haqqlarının 8 misli, maaşını AtaBank-ın plastik kartları ilə alan müştərilər üçün 12 misli (ümumiyyətlə, 300 manatdan 5 000 manatadək) qədərdir. Kreditin ödənişi annuitet (aylıq bərabər ödənişlər) qaydada həyata keçirilməlidir. Sabit aylıq gəlir 100 manatdan başlamalıdır. Kredit götürənin minimum 1 il iş təcrübəsi olmalı və son 6 ayı hazırkı iş yerində çalışmalıdır. Yaş həddi  isə 20 - 63 yaşdır. Krediti götürmək üçün  1 nəfər fiziki şəxsin zaminliyi də tələb olunur. Komissiya  “AtaBank” ASC-nin tariflərinə əsasən müəyyən olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et