«AtaBank» yeni “Online Map” xidmətini istifadəyə verdi | Banco.az

«AtaBank» yeni “Online Map” xidmətini istifadəyə verdi

"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verdi !  Artıq Facebook sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə  edə bilərlər. Bankın rəsmi Facebook səhifəsinə daxil olan müştərilər "Online Map" bölməsinə keçərək, bankın filial və bankomat şəbəkəsi ilə yaxından tanış ola bilər və onları maraqlandıran filial və bankomatları axtarmaq imkanı əldə edə  bilərlər.

 "AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız Facebook-la məhdudlaşdırmır. Müştərilər Twitter, Youtube, Linkedin, Google+ və digər tanınmış sosial şəbəkələrdə də Bankın rəsmi səhifələrini görə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com  saytına və ya  sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/atabank.

 

Ən sərfəli krediti almaq üçün müraciət et