“AtaBank” “Tour d’Azerbaidjan” bank xidmətləri göstərdi | Banco.az

“AtaBank” “Tour d’Azerbaidjan” bank xidmətləri göstərdi

2015-cü il 6 -10 may tarixlərində ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturuna “AtaBank” ASC  səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərdi. 5 gün ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Ağdaş və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar  bankomatı  vasitəsilə  hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

Ən sərfəli kredit üçün müraciət et

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki,  “AtaHolding” ASC-nin sponsoru  olduğu   “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturunda iştirakçılara  bank xidməti göstərməkdən yalnız fəxr duyuruq.  

Ən sərfəli krediti almaq üçün müraciət et