AtaBank manata dəstək verməyə davam edir | Banco.az

AtaBank manata dəstək verməyə davam edir

22 yaşını qeyd edən “AtaBank”   bu gündən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini 2.2% artırdı. Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.

“AtaBank” ASC 2006-ci ildən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (http://www.adif.az) və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12% təşkil edir.

Kampaniyanın şərtləri ilə ətraflı şəkildə siz www.atabank.com saytında, bankın Facebook sosial şəbəkəsindəki www.facebook.com/atabankrəsmi səhifəsində, eləcə də “AtaBank” ASC-nin filiallarında tanış ola bilərsiniz. Kampaniya 31dekabr 2015-ci il tarixinə qədər davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et