Kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borcalanın aylıq əmək haqqının 6 mislinədək, maksimum 5000 manat ekvivalenti təşkil edir.
Kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və ABŞ dolları ilə verilir.
Borcalanın ümumi iş stajı 1 ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Lakin son iş yerində iş stajı 6 aydan az olduqda borcalan əmək kitabçasının surətini təqdim etməlidir. 3000 min manatdan yuxarı kreditin verilməsi üçün 1 zamin tələb olunur.
Ödəniş hər ay bərabər hissələrlə (annuitet qrafiklə) aparılmalıdır.
Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) isə 19,04%-dən başlayır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.